31 may 2023 22:53
305

Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb

Biləsuvar rayonunda sel təhlükəsi yaşanan Bolqarçayında azalma müşahidə olunur.

“İki sahil” xəbər verir ki, hazırda çayın yuxarı axınında suyun səviyyəsi 1,5 metrə yaxın azalıb.

Həmçinin çayın aşağı axınında, rayonun Xırmandalı kəndində suyun səviyyəsi artsa da, texnikaların müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.