31 may 2023 23:46
321

Qasırğa Ağdamda ciddi fəsadlar törədib

Ağdam rayonu ərazisində güclü küləyin əsməsi nəticəsində bir sıra kəndlərə ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasından “İki sahil”ə məlumata görə, Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Həsənxanlı kəndində məktəb binası və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb, bəzi evlərin daş divarları aşıb.

Çoxillik ağacların aşması nəticəsində 10 kVt elektrik xətlərini sıradan çıxarıb. Bir neçə fərdi yaşayış evlərinin üzərinə aşan ağaclar fərdi evlərə ciddi ziyan vurub.

Qasırğa ilə müşahidə olunan güclü yağış rayon ərazisində fəaliyyət göstərən kümçülərə də ziyan vurub. Belə ki, barama qurdlarının bəsləndiyi tikililəri su basıb.

Hazırda rayon ərazisinə dəyən ziyanın ilkin hesablamaları davam edir.