01 iyun 2023 00:23
333

Türkiyədə Sərvərin maşınının maketi hazırlandı - VİDEO

Türkiyənin Karabük vilayətində yaşayan Fərhad Karapınar Qəhrəmanmaraşdakı zəlzələlərdən sonra qardaş ölkəyə yardıma tələsən azərbaycanlı Sərvər Bəşirlinin köhnə avtomobilinin maketini hazırlayıb.

“İki sahil” xəbər verir ki, Safranbolu Meşə İdarəsi Müdirliyində çalışan 42 yaşlı türkiyəli 5 il əvvəl diorama (üç ölçülü boyama, modelləşdirmə) texnikası ilə tullantı materiallarından istifadə edərək müxtəlif fiqurlar düzəltməyə başlayıb.

O, təbii fəlakətdən sonra məşhurlaşan həmyerlimizin xeyirxah əməlini əbədiləşdirmək qərarına gəlib.

Karapınar təxminən bir həftəlik zəhmət nəticəsində yaratdığı maketi müdirliyin iş otağında sərgiləyir. O, gələcəkdə qurmağı planlaşdırdığı muzeydə həmin maketi və bu günə qədər hazırladığı 50-yə yaxın əsərini təqdim etmək istəyir.