01 iyun 2023 11:14
282

Ümit Özat sözünü tutdu, saçını boyadı VİDEO

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Ümit Özat saçını qırmızı rəngə boyayıb.

“İki sahil” xəbər verir ki, keçmiş oyunçu “Qalatasaray”ın futbolçusu Mauri İkardi 20 qol vurarsa, saçımı qırmızı rəngə boyayacam” dediyi üçün bunu edib.

İkardi özü də instaqram hesabında paylaşım edərək Ümit Özatdan verdiyi sözü tutmasını istəmişdi.

Argentinalı forvard İstanbul təmsilçisi ilə çempionluğu əldə etməklə yanaşı 21 qolun da müəllifi olub.