Aprelin 1-dən Rusiyada xam neft ixracına görə tutulan vergilər 38 faiz artacaq.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyi neft ixracına görə vergilərin təxminən 38 faiz artacağını açıqlayıb. Nazirliyin məlumatına görə, əvvəllər ixrac edilən bir ton neft üçün tutulan 39,5 dollarlıq vergi aprelin 1-dən etibarən 54,9 dollara artırılacaq.