16 mart 2016 20:41
246

Drenaj borularından otel

Meksikanın “Zaqs” memarlıq studiyası böyük diametrli drenaj borularından təkrar istifadənin maraqlı həllini tapıb.

AZƏRTAC xəbər verir ki, hazırda “TuboHotel” kompleksinin əsasını təşkil edən bu borulardan otel nömrəsi kimi istifadə olunur.

Mütəxəssislərin qənaətinə görə, uzunluğu 3,5 metr, diametri 2,44 metr olan belə qeyri-standart otellərdə qalmaq çox maraqlıdır.

Hər belə nömrədə çarpayı və masa yerləşdirilib. Oteldə bir gecəlik qalmaq 40 ABŞ dollarıdır.