03 iyun 2023 20:46
486

Moskvada RAGB fəalları uşaqlara Azərbaycan xalq nağılları danışıblar

Moskvada Etnoqrafiya kitabxanasında Uşaqlar Günü münasibətilə kitabxananın kiçik ziyarətçilərinə və onların valideynlərinə Azərbaycan xalq nağılları danışılıb.

“İki sahil” xəbər verir ki, tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) tərəfindən təşkil olunub. Şənliyin qonaqları animatorlarla oynayıb, milli Azərbaycan şirniyyatlarından dadıb, Azərbaycanın milli musiqi alətləri və saxsı və çəkic məmulatlarının ekspozisiyasına baxıblar.

Həmçinin balaca qonaqlara Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.