04 iyun 2023 09:59
247

"Real" onunla da yolları ayırdı

"Real" daha bir futbolçusu ilə vidalaşıb.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Eden Hazarla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Belçikalı oyunçunun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununa qədər qüvvədə idi. Hazard klubun müqaviləni ləğv etmək təşəbbüsünü dəstəkləyib.

"The Athletic"in məlumatına görə, 32 yaşlı karyerasını başa vurmağı düşünür. 

"Real"la 4 mövsümdə Hazard heç vaxt "El Klassiko"a iştirak etmədən 7 qol vurub. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 10 oyun keçirib, 2 qol ötürməsi verib. Futbolçu Madrid təmsilçisində oynadığı müddətdə tez-tez zədələnib.

Qeyd edək ki, "Real" dünən Marko Asensio və Mariano Diasla yolları ayırdığını açıqlayıb.