04 iyun 2023 10:54
468

"Nant" elitanı tərk etməkdən xilas oldu

"Nant" Fransa Liqa 1-i tərk etməkdən xilas olub.

“İki sahil” xəbər verir ki, komanda sonuncu-38-ci turda doğma meydanda "Anje"yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 16-cı dəqiqədə Lüdovik Blas vurub. Son turdan əvvəl turnir cədvəlində "Nant"dan irəli olan "Oser" doğma meydanda "Lans"a 1:3 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra "Nant" turnir cədvəlində "Oser"i (35 xal) qabaqlayaraq  36 xalla Liqa 1-də qalmağı təmin edən 16-cı pilləyə yüksəlib və elitada qalıb.

Qeyd edək ki, Fransa Liqa 1-ı "Oser, "Trua", "Ayaçço" və "Anje" tərk edib.