04 iyun 2023 11:35
235

Messi, Neymar, Qaltye mükafatlandırma mərasiminin bitməsini gözləmədilər

PSJ-nin hücumçuları Lionel Messi , Neymar , eləcə də klubun baş məşqçisi Kristof Qaltye bu mövsümün sonunda komandanın mükafatlandırma mərasiminin bitməsini gözləməyib.

“İki sahil” xəbər verir ki, Messi və Qaltye mükafatlandırma mərasimi zamanı fitə basıldıqları üçün bu addımı atıblar. Onlar komanda ilə fəxri dairə qurmayaraq meydanı tərk ediblər. Messi və Galtye ilə birlikdə vaxtından əvvəl Neymar da tribunanın altındakı otağa gediblər.

Əvvəllər PSJ azarkeşləri matç zamanı Messini fitə basıblar.

Xatırladaq ki, Messi dünən Paris təmsilçisində son oyununu keçirib. Onun iyunun 30-u başa çatacaq müqaviləsinin müddətini uzadılmayacağl açıqlanıb.

Qeyd edək ki, PSJ Fransa çempionatında 2022/2023 mövsümünün qalibi olub.