04 iyun 2023 17:56
392

Bakıda Argentina mədəniyyəti təqdim olunub - FOTOLAR

Argentinanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə Argentina mədəniyyəti, mətbəxi təqdim olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə səfirlik məlumat yayıb. “Bu cümə BSB-də (“British School in Baku”) "İnternational Baazar" adı altında keçirilən xeyriyyə tədbirində iştirak etdik. Aztəminatlı qadınlara yardım məqsədi daşıyan tədbirdə biz də ölkəmizi təmsil edərək tariximizi, coğrafiyamızı, mədəniyyətimizi əks etdirən kitabları, suvenirləri sərgiləməklə yanaşı milli mətbəximizə aid təamları da iştirakçılara təqdim etdik”, - səfirlikdən bildirilib.