04 iyun 2023 18:26
228

Qətər əmiri Özbəkistana səfər edəcək

Qətər əmiri Təmim bin Həməd Al Tani bazar ertəsi Özbəkistana dövlət səfərinə gələcək və bu səfər zamanı respublika rəhbəri Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. “Ən yüksək səviyyədə danışıqlar zamanı Özbəkistan-Qətər çoxşaxəli münasibətlərinin gələcək inkişafı məsələlərinə baxılacaq. Söhbət ilk növbədə fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsindən, enerji, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir” – məlumatda bildirilir.

Dövlət başçıları həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.