04 iyun 2023 20:27
252

AŞPA-nın həmməruzəçisi: Mənim üçün bunları görmək dəhşətlidir

Biz Ağdamda Qarabağ müharibəsinin nəticələrini gözlərimizlə gördük. Buradakı vəziyyət bizi çox heyrətləndirdi. Mənim üçün bunları görmək dəhşətlidir.

“İki sahil” xəbər verir ki, bunu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Liz Kristofersen deyib. “Şəhəri tamamilə dağıntılar içində görmək, məzarlıqda məzarların boş olduğunu, insanların geri qayıdaraq öz gənc qohumlarının xatirəsini yad etdiyini görmək çox təsiredicidir. Bütün bunları gördükdə müharibənin həll yolu olmadığını açıq-aydın görürsən. Ümid edirəm ki, şəhər yenidən bərpa olunacaq və burada yaşayan insanlar geri dönəcəklər. Burada aparılan tikinti və quruculuq işləri gələcəkdə Ağdama köçərək insanların yaxşı yaşamaları üçündür”, – deyə AŞPA-nın həmməruzəçisi bildirib.