04 iyun 2023 22:31
239

20 yaşlı qız dərmandan zəhərlənib

Şəmkir rayonunda yerli sakin qəbul etdiyi dərmandan zəhərlənib.

“İki sahil” xəbər verir ki, qəbul etdiyi ağrıkəsici dərmandan zəhərlənən Şəmkir rayon sakini, 2003-cü il təvəllüdlü N. Atakişiyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir. Zərərçəkənin ağrıkəsici dərmanı qədərindən artıq istifadə etməsi səbəbindən zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.