17 mart 2016 00:48
363

Ən gözəl polis dəstəsi ləğv olundu

Meksikanın Dövlət Təhlükəsizlik Nazirliyinin tərkibində yaradılmış "xüsusi təyinatlı qadın polis dəstəsi" ləğv olunub.

Milli.az bildirir ki, dəstə 2013-cü ildə sabiq nazir Rolando Euhenio İdalqonun göstərişi ilə yaradılmışdı.
"Aguascalientes" adlı bu dəstəyə model görünüşlü qadınlar seçilirdi.

20 qadın polis zabitindən ibarət dəstə Meksika prezidenti Enrike Penya Nyeto ilə görüşlərdən birində kameralara düşəndən sonra məşhurlaşmış, "dünyanın ən gözəl polis dəstəsi" adlandırılmışdı.