Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 5-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun tiviter səhifəsində bildirilib.
Məlumata görə, iyunun 5-də Türkiyənin Xarici İşləri Nazirliyində Mövlud Çavuşoğlunun vəzifəsini təhvil-təslim mərasimi olub.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.
"Amazon", "Tesla" və "Nokia"nın təchizatçılarının arasında sanksiya siyahısındakı şirkətlər ola bilər
Rusiya qazının Monqolustan ərazisindən Çinə ixracı yeni strateji imkanlar açır