05 iyun 2023 20:40
573

"Hikmətin və müdrikliyin təcəssümü" - FOTO

Firəngiz Rüstəmovanın kitabının təqdimatı keçirilib

Yunus Emre İnstitutunda həkim yazar,  tanınmış    səhiyyə təşkilatçısı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü Firəngiz Rüstəmovanın  sayca 12-ci kitabının təqdimatı keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbir iştirakçılarını salamlayan müəllif  deyib ki, "Hikmətin və müdrikliyin təcəssümü" adlı kitabında  təbiətin əsrarəngiz gözəlliyi olan quşların fəlsəfəsinə toxunmağa çalışıb: "Quşların təbiətdə və insanların həyatında oynadığı önəmli rola çox da önğm vermirik. Amma qədimlərdən bəri quşlar haqqında inanclar, sınamalar haqqında çox yazılıb. Qədim mədəniyyətlərdə, mifologiyada, ilkin ibtidai təsəvvürlərdə quşlara aşılanan qutsallıq, müqəddəslik və ya əksinə - mənfi keyfiyyətlər konkret misallar əsasında tədqiq edilib. Eyni zamanda, folklorda - nağıllarda, eposlarda tapmacalarda, atalar sözlərində rast gəlinən quş obrazları əksini tapıb".

Təqdimatda çıxış edən millət vəkilləri, alimlər, ictimaiyyət və media  nümayəndələri günümüzdə kitab yazmağın  cəsarət  tələb etdiyini vurğulayaraq, müəllifə özündə bu cəsarəti tapdığına, cəmiyyətin, gənclərin maarifləndirilməsi üçün ərsəyə gətirdiyi  kitablar üçün təşəkkür edib,  yaradıcılıq uğurları arzulayıblar.