Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçiriblər.
“İki sahil” xəbər verir ki, aksiya çərçivəsində fəallar Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini, “Qayğı” reabilitasiya mərkəzini və Autizm Mərkəzini ziyarət ediblər.
Ziyarət zamanı mərkəzlərdə yaradılmış şəraitlə tanış olublar, uşaqlarla görüşüblər, onları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Bənövşə Məmmədova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar.
Ziyarətçilər də yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı