06 iyun 2023 15:42
506

Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib -  YENİLƏNİB/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

***

Lənkəran sakini quyuya düşüb.

“İki sahil” xəbər verir ki, FHN-in Cənub Regional Mərkəzinə, Lənkəran rayonunun Tütəpeşdə kəndində bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Regional Mərkəzin Xüsusi riskli xilasetmə qrupu kənd sakini 1936-cı il təvəllüdlü Cahangirova Arifə Möhsün qızını 5 metr dərinlikdə olan quyudan çıxardıblar. A.Cahangirova təcili tibbi yardım briqadasına təhvil verilib.