“Azneft“ İstehsalat Birliyində gənc neftçilərlə “Gənc mütəxəssislərin karyera imkanlarının genişləndirilməsi” mövzusunda növbəti görüş keçirilib.
Görüşdə gənclərin rəqabət qabiliyyətliliyinin artırılması və peşə-ixtisas təhsili ilə iş mühiti arasındakı uyğunluğun təmin olunması məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı bildirilmiş, onların keyfiyyətli və peşəkar kadr kimi hazırlanması istiqamətində məqsədyönlü iş aparıldığı qeyd olunmuşdur.
Bildirilmişdir ki, Birliyin idarə və müəssisələrində çalışan gənc mütəxəsisləri elmi-texniki yeniliklərlə tanış etmək, eləcə də onların potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, peşə biliklərinin artırılması məqsədilə mütəmadi olaraq peşəkar mütəxəssislər və tanınmış elm xadimləri ilə görüşlər təşkil edilir, seminarlar keçirilir.
Tədbirdə “Neftin nəqlə hazırlanması” və “Quyuların daha səmərəli istismarı üçün avadanlıq və texnologiyalar” mövzusunda mühazirələr dinlənilmişdir.
Sonda gənc mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.