06 iyun 2023 18:04
491

Bakıda kişi özünü körpüdən atmaq istəyir - VİDEO

Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

“İki sahil” xəbər verir ki,  həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.

Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.

İntiharın qarşısının alınması məqsədilə iş aparılır.