06 iyun 2023 18:20
238

Avtomobillərin gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinə görə gömrük yığımı ləğv edilib

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, indiyə qədər qüvvdə olan qərara əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınıb.

Dəyişikliyə əsasən, bu gömrük yığımına dair maddə ləğv edilib.