06 iyun 2023 20:21
249

Lənkəranda quyuya düşən 87 yaşlı qadın xilas edilib

Lənkəranda 87 yaşlı qadının quyuya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“İki sahil” xəbər verir ki, 87 yaşlı Arifə Cahangirovanın qızları Kamilə Kazımova və Əsabə Yusubova iddia edirlər ki, analarını quyuya qardaşı Rza Qurbanov və onun ailəsi atıb. Qadının gözləri görmür, quyunun üstü də bağlı olur. Quyu evdən aralıda yerləşir.

Rza Qurbanov bacılarının iddialarını əsassız sayır. APA-ya verdiyi açıqlamada R. Qurbanov bildirib ki, o və ailəsi anasına necə lazımdır qulluq edir. Anasının gözləri görür, amma eşitmə qabiliyyəti zəifdir. Hadisə baş verən zaman o və ailəsi işdə olub. Anası A. Cahangirovanın quyuya düşməsini də yaxınları tərəfindən eşidib. Hətta anasının quyudan çıxarılmasına cəhd edib. Bacarmadığından aidiyyəti orqanlara məlumat verib.

Qeyd edək ki, qadının qəsdən quyuya atılmağı ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

Hadisənin dəqiq səbəbi hüqüq-mühafizə orqanları tərəfindən araşdırılır.