06 iyun 2023 20:34
288

Mingəçevirdə ağacdan yıxılan şəxs ölüb

Mingəçevirdə tut ağacından yıxılan şəxs ölüb.

“İki sahil” xəbər verir ki, iyunun 2-də Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Kamran Salahov qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib və bu gün orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.