07 iyun 2023 11:01
683

Bəzi yerlərdə leysan yağışları yağıb, Balakən-Şəki zonasında intensiv olub - VİDEO

Faktiki hava açıqlanıb.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.