17 mart 2016 19:55
412

Avtomatik bağlarla krosovkalar təqdim olundu

ABŞ-ın məşhur idman geyimləri brendi "Nike" avtomatik bağlanma sistemli yeni krosovkalarını təqdim edib.

ABŞ-ın "ABC" telekanalı xəbər verir ki, krosovkalar " Robert Zemekisin "Gələcəyə qayıdış" (ing. Back to the Future) fantastik filmində göstərilmiş ayaqqabılara bənzər istehsal olunub.

İlk günlərdə "HyperAdapt 1.0" adlı modellər yalnız "Nike+" klubunun üzvlərinə satılacaq.

"HyperAdapt 1.0" krosovkasının ilk sahibi isə "Gələcəyə qayıdış" fantastik filmində baş rolda çəkilmış Maykl Jey Foks olub.