08 iyun 2023 09:39
517

Oğruları tutmağı qadağan etmək istəyirlər

Amerika Birləşmiş Ştatlarında satıcılara iş yerində nisbi təhlükəsizlik təmin etməklə yanaşı, oğurluq edənlərə də güzəştlərin edilməsini özündə ehtiva edən yeni qanun gündəmə gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Newsweek” məlumat yayıb. Kaliforniya qanunvericiləri ştatda yerləşən pərakəndə mağazalarda çalışan işçilərin oğurluq edənlərə qarşı çıxmağı qadağan etmək istəyirlər. Yeni qanun satıcıları oğruları dayandırmaq üçün zorakılığa əl atmaqdan azad etməlidir. Əsasən, pərakəndə satış şəbəkələrinin sahibləri yeniliyi tənqid edərək, bunu oğurluq etmək istəyən hər kəs üçün açıq dəvət adlandırıblar. Nəşrin yazdığına görə, yeni qanun 26 yaşlı mühafizəçinin bir neçə həftə əvvəl məşhur pərakəndə satış şəbəkəsində quldurlar tərəfindən öldürülməsindən sonra mövcud sərəncama alternativ olaraq təklif edilib.

Bəzi şəhərlərdə şirkətlər iş yerlərində işçilərin təhlükəsizliyini təmin edə bilmədiklərinə görə mağazalarını bağlayırlar. Statistikaya görə, pərakəndə satış məntəqələrinə silahlı hücumların sayı 2018-ci ilə nisbətən 2020-ci ilə qədər 63% artıb.

Qeyd olunub ki, onlardan ən çox əziyyət çəkən marketlərdir. Ölkədə satıcıların ölümü ilə nəticələnən hadisələrin sayında artım müşahidə olunur.