Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Goranboy idmançıları arasında üzgüçülük üzrə yarış keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anar Məmmədov Ulu Öndərin müstəqil dövlətimizin qurulmasında, bütün sahələrin, o cümlədən də idmanın inkişafında böyük rolu olduğunu vurğuladı və idmançılara yarışlarda uğurlar arzuladı.
Bildirildi ki, müxtəlif idman növləri üzrə dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunan turnirlər və yarışlar ilin sonuna qədər davam edəcək.
Yarışın yekun nəticələrinə görə, müəyyənləşən qaliblər diplom və medallarla təltif olunublar.
Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı