09 iyun 2023 12:47
457

ADA Universitetində beynəlxalq festival keçirilir

ADA Universitetində ənənəvi 11-ci Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti festivalı keçirilir.

“İki sahil” xəbər verir ki, festival çərçivəsində 35 ölkədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə sərgi təşkil olunub.

Burada təmsil olunan ölkələrin milli mədəniyyəti, kulinariyası, kitablar, bukletlər və çap məhsulları beynəlxalq və yerli tələbələr tərəfindən nümayiş etdirilir.

Milan Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Mir Feyzullazadə jurnalistlərə bildirib ki, artıq yaxşı ənənəyə çevrilən bu tədbirin məqsədi dünyanın müxtəlif ölkələrinin mədəniyyətini və musiqisini nümayiş etdirməkdir.

Onun sözlərinə görə, hər il keçirilən festivalda universitet tələbələri də fəal iştirak edirlər.

Festivalda həmçinin 14 ölkədən olan nümayəndələrin iştirakı ilə konsert proqramı təşkil olunub.