09 iyun 2023 20:47
411

Hakan Fidan Aİ-nin xarici siyasət idarəsinin rəhbəri ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, Borrel həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

Danışıq zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri və regional proseslər müzakirə edilib.