02 may 2018 00:36
1526

2018-ci ilin ən “bərkgedən” avtomobil interyerləri

Nüfuzlu “Wards Auto” nəşriyyatı 2018-ci ildə istehsal edilən avtomobillər arasında ən yaxşı interyerə sahib olanları seçib.

 “Ölkə.Az” xəbər verir ki, nəşriyyatın mütəxəssisləri interyeri komfort səviyyəsi, estetik gözəllik, erqonomika, materialların keyfiyyətinə görə qiymətləndirib.
 
10. “Chevrolet Equinox”
Satışa ötən il çıxarılıb. Qiyməti 36.375 dollardır. Salonda premium materialdan istifadə edilib. İkitonlu üzləmə, funksiyalı informasiya-əyləncə sistemi əladır.
 
9. “Hyundai Kona”
Cənubi Koreya istehsalı olan avtomobil 29.775 dollaradır. İnteryerin kontrastlı aksentləri gözəçarpandır. Bundan başqa ön paneldə düymələr və 8 düymlük keyfiyyətli multi media sistemi quraşdırılıb. 
 
8. “İnfiniti QX50”
Premium sinfinə məxsus krossoverin qiyməti 58.195 dollardır. Avtomobilin uğurlu rəng sxemi var. Bundan başqa məkan müxtəlif fakturalı materiallarla hissələrə bölünüb. Materiallar yüksək keyfiyyətlidir. Dəri və zamjdan istifadə edilib.
 
7. “Kia Stinger”
Qiyməti 48.350 dollar olan bu model də siyahıya əlavə edilib. Salon yüksək keyfiyyətlə işlənilib. Almünium bölmələr, oturacaqların yan tərəfləri, informasiya-əyləncə sistemi bunu deməyə əsas verir.
 
6. “Lexus LS 500”
Qiyməti 89.780 dollar olan avtomobil yapon dizayn fəlsəfəsini üzə çıxarır. “F Sport” qırmızı üzlük daha çox bəyənilib.
 
5. “Lincoln Navigator Black Label”
 Yolsuzluq avtomobili 96.570 dollaradır. Salonu çox mükəmməldir. Yüksək keyfiyyətli dəri, zamş, təbii ağacdan hazırlanan detallar salonu daha da gözəlləşdirir. Bundan başqa arxa oturacaqlar rahatlıqla açılır. Multi-media sistemi başqa bir rəng qatır.
 
4. “Porsche Panamera Turbo S E-Hybrid”
Onluğun ən bahalı avtomobilidir. Qiyməti 201.540 dollardır. Müxtəlif bahalı materialların harmonik uyğunluğu, mərkəzi konsolda sensor düymələr salonu gözəlləşdirir. Oturacaqlarda isə masaj funksiyası var.
 
3. “Range Rover Velar”
Qiyməti 91.830 dollardır. Salon tünd göy və ağ dəri ilə üzlənib. Bəzi detallar karbondan hazırlanıb. Salondakı oturacaqların masaj funksiyası var.
 
2. “Toyota Camry” 
Qiyməti 39.253 dollardır. Asimmetrik ön panel, yaxşı materiallar ekspertlərin xoşuna gəlib. Qırmızı dəri ilə üzlənən salonun qara və boz  elementləri var.
 
1. “Ram 1500 Limited”
ABŞ-da pikaplar populyar avtomobil sayılır.  “Ram 1500 Limited” 65.945 dollara satılır. İnteryeri açıq mavi və ağ rəngli dəri ilə işlənib. Metal çərçivələr səs dinamiklərinin üstünü örtür. 12 düymlük informasiya-əyləncə sisteminin ekranı sensorludur.