18 mart 2016 20:45
405

''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

''Qərbi Abşeron'' yatağında yeni horizontal quyu istismara verilib

Bu günlərdə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli horizontal quyu qazmadan sonra istismara verilmişdir.

“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul vermiş, 808-713 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. 

Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.