13 iyun 2023 12:42
1715

Araz Musayev Ərdoğanla görüşüb - VİDEO

9 qat Dünya Çempionu Araz Musayev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“İki sahil” xəbər verir ki, Araz Musayev Türkiyədəki seçkilər zamanı Ankarada olaraq Ərdoğana və AK Partiyə dəstək verdiyini bildirib.

Həmçinin, Araz Musayev  bundan sonra da qardaş ölkənin Prezidenti və dəyərli dövlət adamı olan Ərdoğana böyük sevgisini  və dəstəyini verəcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Araz Musayevə "yola devam", deyərək  təşəkkürünü çatdırıb.