13 iyun 2023 13:02
387

Sinan Oğan Bakıda - VİDEO

Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün rəsmi qarşılanma mərasimi olub.

“İki sahil” xəbər verir ki, Türkiyə liderini Bakı səfərində müşayiət edənlər arasında “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan da var.

 Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.