13 iyun 2023 19:01
351

Mehriban Əliyeva: Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır FOTO

Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

Paylaşımda deyilir:

"Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!"