Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Təbiət möcüzələri” adlı foto-sərgi öz işinə başlayıb.
Bu barədə “İki sahil”ə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Sərginin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Macarıstanın ölkəmizdəki səfiri, diplomatik korpusun nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Sərgidə Azərbaycanın milli parklarından çəkilmiş füsunkar təbiət təsvirləri, Qarabağın əsrarəngiz təbiət nümunələri, o cümlədən Azərbaycanın zəfər rəmzi olan “Xarıbülbül”ün fotosu nümayiş olunub.
Sərgidə, eyni zamanda Macarıstan Təbiət Fotoqrafları Assosiasiyasının peşəkar təbiət fotoqrafiyası ilə məşğul olan fotoqrafları ən yaxşı fotoşəkillərini geniş auditoriya ilə bölüşmək imkanı qazanıb.
Müştərək sərginin təşkilində məqsəd Azərbaycan və Macarıstanın təbiət dəyərlərini və gözəlliklərini tərənnüm etmək, hər iki ölkənin nadir təbiət özəlliklərini tanıtmaq, mədəni irsin təbliği və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.
Qeyd edək ki, “Təbiət möcüzələri” adlı foto-sərgi iyunun 30-dək davam edəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?