14 iyun 2023 12:36
359

Sahibə Qafarova və deputatlar Ulu Öndərin məzarını ziyarət ediblər FOTO

Azərbaycan xalqının Milli Qurtuluş Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədrin müavini Fəzail İbrahimli, parlamentin deputatları və parlament Aparatının məsul əməkdaşları iyunun 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

“İki sahil” xəbər verir ki,  görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.