20 iyun 2023 15:07
373

Şolts Çinin Baş naziri ilə görüşüb - VİDEO

Almaniya Kansleri Olaf Şolts Berlində Çinin Baş naziri Li Qianqla görüşüb.

“İki sahil” xəbər verir ki, Çin Baş nazirin şərəfinə fəxri qarovul düzülüb.

Li Qiang artıq bir gün əvvəl Almaniya Kansleri ilə iş yeməyi formatında görüşmüşdü. Oradakı müzakirələrin nəticələri barədə mətbuata məlumat verilməyib.

Ancaq bildirilir ki, bugünkü görüşün gündəmində ticarət, iqlim dəyişikliyi və Ukraynadakı müharibə olub.

Qeyd edək ki, Berlində artıq yeddinci dəfə Almaniya və Çin yüksək səviyyəli hökumət məsləhətləşmələri keçirilir.