28 aprel 2018 00:13
1256

“Mercedes-AMG E 53” modeli təqdim edildi

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes” şirkəti yeni modelini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, bu ilin yanvar ayında “CLS 53” modeli və “E-Class” kabrioleti təqdim edilmişdi. Bu dəfə isə “Mercedes-AMG E 53” və onun beşqapılı versiyası təqdim edilib.

Kapotun altına 6 silindrli, 3 litr həcmli turbokompressorlu mühərrik və elektrik mühərriki yerləşdirib. Aqreqat 435 at gücü hasil edir.

Mühərrik 9 pilləli avtomatik sürətlər qutusu ilə və “4Matic ” tam ötürücü sistemlə işləyir.

Sedan yerindən 100 km/saat sürəti cəmi 4.5 saniyəyə əldə edir. Maksimal sürət isə 250 km/saat təşkil edir. Əlavə “AMG Driver” opsiya paketi ilə bu hədd 270 km/saatdır.

Almaniyada iyun ayında satışa çıxacaq.