Yanvarda Türkiyə ilk dəfə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, havaların soyuq keçməsi ilə əlaqədar Türkiyə təbii qaza olan ehtiyacının bir hissəsini mayeləşdirilmiş təbii qaz formasında ilk dəfə ABŞ-dan təmin edib. Yanvarda Türkiyəyə ABŞ-dan 83 milyon kubmetr mayeləşdirilmiş təbii qaz idxal olunub.