Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Süleymanova Çinarə Fəxrəddin qızı iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və 050-793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları