29 mart 2016 16:31
199

Telekanaldan ayrılan aparıcının vida mesajı

NTV Spor-da işdən çıxarılanlardan biri olan aparıcı İrmak Kazuk sosial mediadan işlədiyi yerə vida edib.

"İki sahil" Axşam.az-a istinadən xəbər verir ki, o, Tvitterdə yazaraq 2001-ci ildə təcrübəçi olaraq gəldiyi NTV-dən gözəl insanlar tanıyaraq ayrıldığını qeyd edib:

"...Yeri gələndə dalaşdıq, güldük, ağladıq... Hər kəsdən bir şeylər alıb "NTV Spor" markasını ortaya çıxartdıq. Formulumuz bu idi. Artıq bunu başqa adresdə etmək zamanıdır. Mən "sən yoxsan, NTV Spor da yox" deyən adam deyiləm. O kanala hər kəsin ehtiyacı var. Kənardan baxanda daha fərqli görünə bilər, amma mən burada hələ də işləyən dostlarımı izləməyə davam edəcəyəm..."

Qeyd edək ki, bir müddətdir ki, NTV Spor-un bağlanacağı deyilir. Kanal bunu təkzib etsə də, əsas aparıcıların kanaldan ayrılması şayiələri daha da artırır. Kanalın reklam müqavilələri bitdikdən sonra avqustda NTV ilə birləşəcəyi gözlənilir.