24 iyun 2023 10:47
728

Güc strukturları Peterburqdakı “Vaqner Mərkəzi”nə gəlib - VİDEO

Güc strukturları Sankt-Peterburqdakı “Vaqner Mərkəzi özəl hərbi şirkəti”nin binasına gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Fontanka” nəşri teleqram kanalında bildirib.

Mərkəz Zolnaya küçəsində yerləşir. “Binada axtarışlar başlayır”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, binaya “OMON” və Rusiya Milli Qvardiyası əməkdaşlarının olduğu iki avtobus yaxınlaşıb, onları mülki geyimdə olan insanlar müşayiət edir.

Bundan başqa, Peterburqda Blaqoveşenski körpüsündə əlində avtomat olan maskalı şəxslər dayanıb.

Həmçinin Akademiçeski küçəsi güc strukturları tərəfindən bağlanıb.