24 iyun 2023 12:21
499

"Vaqner"çilərin Rostova yeritdikləri tanklar - VİDEO

“Vaqner” özəl hərbi şirkətinin Rostov-na-Donuya yeritdiyi hərbi texnikanın görüntüləri üzə çıxıb. 

“İki sahil” xəbər verir ki, həmin videoda vaqnerçilərin tankları görünür. Hətta tanklardan birinin darvazadan keçə bilməyərək ilişib qalmağı da diqqətdən yayınmayıb. 

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.