24 iyun 2023 15:29
451

Prezident yaponiyalı siyasətçini "Dostluq" ordeni ilə təltif edib

Akira Amari “Dostluq” ordeni ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.