29 mart 2016 20:01
413

Ərəb şahzadə qızıl maşınlarını da apardı

Səudiyyə Ərəbistanından olan şahzadənin Londondakı istirahəti çoxlarının diqqətini də cəlb edib.

Belə ki, o, Ər-Riyaddan Londona yollanarkən "sevimli" avtomobillərini də özü ilə aparıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının kral ailəsinə mənsub olan bu gənc şahzadənin qızılla örtülmüş 6 təkərli Mercedes G63,  habelə Lamborghini Aventador SV, Rolls-Royce Phantom Coupe və  Mansory Bentley Flying Spur avtomobilləri onun Kensinqton küçəsindəki malikanəsinin qarşısında idi.