25 iyun 2023 14:39
495

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Azərbaycana gəlib, Ceyhun Bayramovla görüşüb

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfər gəlib.

“İki sahil” xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Tamara Rastovac Siamaşvili tviterdə yazıb.