29 mart 2016 20:36
1628

Əsl erməni ailəsi: qızının porno videosunu satdı

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, erməni Kim Kardaşyanın anası Kris Cenner2007-ci ildə "Vivid Entertainment" pornoşirkəti ilə müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, Kris Cenner qızı Kim Kardaşyanın pornoqrafik videolarının bu şirkətin şəbəkəsində satılmasına razılaşıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, bu barədə tanınmış amerikalı jurnalist Yan Qalperinin "Kardashian Dynasty" kitabında bəhs olunur.

Bu günlərdə satılmağa başlanmış kitab Kardaşyanlar ailəsindən bəhs edir.
"Rəfiqələrindən biri Kim Kardaşyana demişdi ki, sürətlə məşhurlaşmaq istəyirsə, pornoqrafik videosunu çəkib yaymalıdır. Kim də anası ilə məsləhətləşdi. Kimin anası Kris Cenner dərhal razılaşdı", - Qalperin deyir.
Daha sonra Kim Kardaşyanın pornoqrafik videoları "Vivid" pornoşirkətinin şəbəkəsində satılmağa başlanıb.

Yan Qalperi ABŞ-da şou-biznes məşhurları ilə bağlı eksklüziv faktları açıqlaması ilə tanınır.
Kim Kardaşyanın yataq otağında reper Rey Ceylə əxlaqsız videosu 2003-cü ildə çəkilib.
Belə videolar sayəsində məşhurlaşandan sonra Kim Kardaşyan ailəsi ilə birlikdə 2007-ci ildə E! telekanalında "Keeping Up with the Kardashians" realiti-şousuna başlamışdı. 

Populyarlaşandan sonra Kim Kardaşyan "Vivid Entertainment"ə qarşı məhkəmə iddiası qaldırmış, mənəvi təzminat qismində 5 milyon dollar almışdı.