27 iyun 2023 22:35
479

XİN Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.

"Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı və bütün müsəlmanları təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və can sağlığı arzu edirik!

Qurban bayramımız mübarək!", - paylaşımda deyilir.