01 iyul 2023 08:57
525

Pirsaat çayında təhlükəli vəziyyətdə qalan şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən “İki sahil”ə bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.